Rus millətçiləri konsulluğumuz qarşısında təxribata əl atdılar-Həbs olundular /FOTO

Peterburqda millətçi “Başqa Rusiya” hərəkatının fəalları Azərbaycanın konsulluğu qarşısında etiraz aksiyası keçiriblər. 

AzPost bildirir ki, bununla bağlı görüntülər rus teleqram kanallarında yayımlaınb.

Polis əməkdaşları aksiyada iştirak edən Qleb Yejov, Danil Şmalko və İvan Qubini həbs edib.

Rusiyanın nasional-bolşevik lideri kimi tanınan siyasətçi Eduard Limonovun adı ilə bağlı olan “Eduar Limonovun başqa Rusiyası” qrupu ləğv olunmuş “Başqa Rusiya” partiyasının tör-tökünütləridir.

Tarixçi və yazar kimi tanınan E. Limonov 2020-ci ilə ölüb, partiyanın qeydiyyatı ləğv edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.