Rusiya əleyhinə sanksiyaların “memarı” yenidən Ağ Evə qayıdır

Amerikalı iqtisadçı Dalip Sinqx Ağ Evdə işə qayıdacaq.

Azpost.info xəbər verir ki, o, Rusiya əleyhinə sanksiyaların, xüsusən də ölkənin beynəlxalq SWIFT sistemindən ayrılmasının “memarı” hesab olunur.

Sinqxin iyun və noyabr aylarında keçiriləcək G7 və G20 sammitlərində ABŞ-ın mövqeyini əlaqələndirməyə kömək edəcəyi gözlənilir.

Sinqxin tutacağı vəzifə Ağ Evdə ən vacib postlardan biridir.

Amerikalı iqtisadçı 2021-ci ilin fevralından 2022-ci ilin iyununa qədər ABŞ prezidentinin beynəlxalq iqtisadi məsələlər üzrə milli təhlükəsizlik müşavirinin müavini vəzifəsində çalışıb. O, bu postu ailəvi səbəblərə görə tərk edib.

Azpost.info

Əvvəlki məqalə

Taksi sürücüləri narkoloji testdən keçirilir? –

Sonrakı məqalə

Əli Əsədov Baş nazir təyin edildi –