Rusiya 2022-ci ildə dünyanın ən böyük beş iqtisadiyyatından biri olacaq- PROQNOZ

Rusiya ÜDM göstəricisi üzrə Almaniyanı qabaqlayacaq və 2022-ci ildə dünyanın ən böyük beş iqtisadiyyatından biri olacaq.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə  Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin yeni proqnozunda deyilir. 

Proqnoza əsasən, Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, Rusiya hazırda alıcılıq qabiliyyəti pariteti (PPP) baxımından ÜDM-in həcminə görə dünyada 6-cı yeri tutur. Əvvəlki proqnoza görə, Rusiyanın dünyanın ən böyük iqtisadiyyatı siyahısında 6-cı yerdən 5-ci yerə keçmənin 2023-cü ildə baş verəcəyi ehtimal olunurdu.

“İqtisadi artımının sürətlənməsi Rusiyaya alıcılıq qabiliyyəti pariteti üzrə ÜDM-in həcminə görə Almaniyanı geridə qoymağa və 2022-ci ildən başlayaraq dünyanın ən böyük iqtisadiyyatı siyahısında 5-ci yeri tutmağa imkan verəcək”, – məlumatda qeyd edilir.

Nazirliyin proqnozuna əsasən, 2021-2022-ci illərdə Rusiyanın ÜDM-i 3,1-3,2%-dək artacağı (2020-ci ildə – 1,9%), 2023-2024-cü illərdə isə artım 3,3% təşkil edəcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

50 ildir avtomobil sürür, heç vaxt cərimələnməyib

Sonrakı məqalə

Rusiyada qətl törədən şəxs Bakıda tutulub