Rusiya 50 günə atəşkəsə razılaşmasa sanksiya tətbiq ediləcək –ABŞ

Rəsmi Moskva 50 gün ərzində Ukrayna ilə bağlı atəşkəsə razılaşmazsa və ya siyasi razılıq əldə olunmazsa, ABŞ administrasiyası Rusiyaya qarşı yeni ticarət rüsumları və sanksiyalar tətbiq edəcək.

Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit brifinqdə bildirib.

“Əgər bu müddət ərzində Rusiya danışıqlara getməzsə, onunla neft ticarəti aparan ölkələrə qarşı da sanksiyalar qüvvəyə minəcək. Bu isə, təbii ki, Rusiya iqtisadiyyatına ciddi zərbə olacaq”, – deyə Levit vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu müharibənin diplomatik yolla başa çatmasını istəyir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.