Rusiya ABŞ-a məxfi nota göndərib

Trampın Qafqaz
Trampın Qafqaz

Ötən həftə sonu Rusiya ABŞ-a məxfi nota göndərib.

AzPost bildirir ki, bu barədə Reuters agentliyi adının çəkilməsini istəməyən ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Notada Moskva Ukraynada sülh sazişi bağlamaq üçün əvvəlki şərtlərini açıqlayıb,

Mənbənin sözlərinə görə, diplomatik memorandumda Rusiya Donbasın bütün ərazisinə nəzarət tələbini bir daha təkrarlayıb. Bu, ABŞ prezidenti Donald Trampın hazırkı təmas xətti boyunca hərbi əməliyyatları dondurmaqla Ukrayna münaqişəsinin həllinə yanaşmasına ziddir.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dərhal atəşkəs çağırışlarının Rusiyanın milli maraqlarına zidd olduğunu bildirib. Diplomat bir daha vurğulayıb ki, Moskva Ukraynadakı münaqişənin kök səbəblərinin aradan qaldırılmasını əhatə edən uzunmüddətli və davamlı nizamlanmada israrlıdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.