“Rusiya ABŞ-ı Müstəqillik Günü münasibətilə təbrik etməyəcək”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu il təbrik teleqramı olmayacaq. Bu il ABŞ tərəfindən “qeyri-dost siyasət” ilidir”, – Peskov əlavə edib.
Rusiyanın ABŞ və müttəfiqləri ilə münasibətləri Ukrayna hadisələri fonunda kəskinləşib. NATO sammitində alyans Rusiyanı özünə əsas təhdid kimi tanıyıb.
Azpost.info