“Rusiya ABŞ-la NATO müttəfiqlərinin tərəfdaşlığını pozmağa çalışır” –Baydendən Moskvaya ittiham

ABŞ Prezidenti Co Bayden Rusiyanın Vaşinqtonun NATO müttəfiqləri ilə transatlantik tərəfdaşlığını pozmağa çalışdığını bildirib.

Bunu ABŞ Prezidenti Co Bayden Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

ABŞ lideri Rusiyanın Avropa layihəsi və NATO ittifaqını zəiflətmək, eyni zamanda transatlantik birliyi ilə bağlı qərarlarını pozmaq istədiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, Kremlin ayrı-ayrı ölkələri təhdid etməsi vahid və güclü bir transatlantik ittifaqla danışıqlar aparmaqdan daha çox asandır.

Bayden ayrıca olaraq, Ukraynanın suverenliyini qorumağın vacibliyini də vurğulayıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gündən fevralın 22-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

Sonrakı məqalə

Fransanın “Renault” şirkəti ötən il 8 milyard avro ziyan edib