“Rusiya Afrikaya pulsuz 50 min tona qədər taxıl göndərəcək”- Nazir

“Rusiya Afrikaya pulsuz olaraq 50 min tona qədər taxıl tədarük edəcək”.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya kənd təsərrüfatı naziri Dmitri Patruşev bildirib.

Onun sözlərinə görə, bu tədarüklər yaxın gələcəkdə planlaşdırılır.

“Söhbət altı ölkədən və 25 min tondan 50 min tona qədər tədarük həcmindən gedir. Düşünürəm ki, bu tədarüklər yaxın vaxtlarda həyata keçiriləcək”, – nazir deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.