Rusiya aviaşirkəti Bakıya uçan təyyarəyə görə CƏRİMƏLƏNDİ

Rusiyanın “İrAero” aviaşirkəti Bakıya uçan təyyarədə sərnişinlərin hüquqlarını pozduğuna görə cərimələnib.

Musavat.com xəbər verir ki, aviaşirkət Bakı şəhərinə reysin gecikməsi ilə əlaqədar sərnişinlərin hüquqlarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib.

İlkin araşdırma zamanı məlum olub ki, bu ilin iyul ayında Krasnoyarsk şəhərindəki D.A. Xvorostovski adına Beynəlxalq Hava Limanında hava daşıyıcısı Bakı şəhərinə uçuşun texniki səbəblərdən 14 saatdan çox təxirə salındığını elan edib. Lakin qanuna zidd olaraq, sərnişinlər təxirəsalınma ilə bağlı lazımi xidmətləri vaxtında və tam şəkildə almayıblar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.