Rusiya axtarışda olan Azərbaycan vətəndaşını Almaniyaya təhvil verib

10 İyul 2021 - 23:01

Rusiya əyləncə məkanına qumbara atmaqda ittiham olunan Azərbaycan vətəndaşı Elşad Əzizovu Almaniyaya təhvil verib.  

Azpost.info bildirir ki, bu barədə Rusiya DİN rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

Onun sözlərinə görə, Elşad Qulammirzəyev kimi tanınan Əzizovun alman hüquq mühafizə orqanlarına təhvil verilməsi “Domodedovo” hava limanında həyata keçirilib. O, alman şəhəri Saarbryukenin polis komissarının sifarişi ilə beynəlxalq axtarışa verilmişdi.

E.Əzizov ölümə cəhddə şübhəli sayılır. O, 2016-cı ildə o çoxlu sayda adamların olduğu əyləncə mərkəzində əl qubmarası atıb.

2018-ci ildə Əzizov qarətə görə Rusiyada həbs olunub. Nijni Novqorod məhkəməsi onu 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Cəzasını çəkdikdən sonra onun Almaniyaya təhvil verilməsi barədə qərar qəbul edilib.