Rusiya Azərbaycan-Türkiyə hərbi təlimlərinə münasibət bildirib:"Mövqeyimiz anlayışla qarşılanıb"

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Xəzər dənizində və Laçın rayonunda Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsinə münasibət bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib ki, Rusiyanın mövqeyi rəsmi Bakının diqqətinə çatdırılıb.

“Ölkəmizin mövqeyi azərbaycanlı tərəfdaşlar tərəfindən anlayışla qarşılanıb. Düzünü desək, ictimai şərhlərdən çəkinməyi mümkün hesab edirəm. Azərbaycanlı tərəfdaşlarımızla təmasdayıq”, – deyə Rusiya XİN rəsmisi qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

“Benzin və çörəklə bağlı adımdan yayılan sözlər yalandır” –

Sonrakı məqalə

Zakir Həsənov Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb