Rusiya Azərbaycanın daha 13 müəssisəsinə pomidor və alma idxalına icazə verib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) yanvarın 25-dən Azərbaycanın daha 13 müəssisəsindən pomidor və alma idxalına icazə verib.

Bu barədə xidmət özü məlumat yayıb.

Qeyd olunur ki, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən fitosanitar monitorinqin nəticələrinə dair alınan informasiyanın təhlilindən sonra qəbul edilib.

Xatırladaq ki, “Rosselxoznadzor” Azərbaycandan pomidor və alma idxalına ötən il dekabrın 10-da məhdudiyyət tətbiq etmişdi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir