Rusiya Baltik dənizi üzərində Almaniya döyüş təyyarəsini geri qaytarıb

Rusiya Müdafiə Nazirliyi çərşənbə günü, aprelin 12-də Baltik dənizi üzərində Almaniyanın döyüş təyyarəsi olan “R-3C Orion”un tutulduğunu elan edib.

Bu barədə nazirlik rəsmi Telegram kanalında məlumat yayıb.

“Hava hədəfinin müəyyən edilməsi və Rusiya Federasiyasının dövlət sərhədinin pozulmasının qarşısının alınması məqsədilə Qərb Hərbi Dairəsinin Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus Su-27 qırıcısı havaya qaldırılıb. Rusiya qırıcısının ekipajı hava hədəfinin Almaniya Hərbi Dəniz Qüvvələrinin “R-3C Orion” baza patrul təyyarəsi olduğunu müəyyən edib.

Qeyd olunur ki, alman patrul təyyarəsi dövlət sərhədinə yaxınlaşıb, lakin rus qırıcısının hərəkətləri səbəbindən geri dönmək məcburiyyətində qalıb. Sərhəd pozuntusu qeydə alınmayıb.

Əvvəlki məqalə

İlham İsmayılın Çexiyada saxlanılan oğlu sərbəst buraxıldı

Sonrakı məqalə

Qafqazın Şeyxi və Muftisi –