Rusiya Bankının valyuta ehtiyatları bir həftəyə 30 milyard dollar azaldı

Bu həftə Rusiya Bankının (Mərkəzi Bank) valyuta ehtiyatları 29,8 milyard ABŞ dolları və yaxud 5,1% azalıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, son nəticədə qurumun valyuta ehtiyatları 581 milyard ABŞ dollarından 551,2 milyard ABŞ dollarına düşüb.

Bu, 2008-2009-cu illərdəki qlobal maliyyə böhranından bəri Rusiya Bankında ən böyük azalmadır. Belə ki, 2008-ci ilin oktyabr ayında valyuta ehtiyatları 30,6 milyard ABŞ dolları, 2009-cu ilin yanvar ayında isə 30,3 milyard ABŞ dolları azalma nümayiş etdirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

TƏBİB:

Sonrakı məqalə

Rusiya koronavirusun müalicəsi üçün preparat hazırladığını bəyan edib