Rusiya Baş Prokurorluğu “Exo Moskvı” radiosunun yayımını dayandırdı

“Exo Moskvı” radiostansiyasının yayımı dayandırılıb.

Bu barədə radiostansiyanın baş redaktoru Aleksey Venediktov məlumat verib. Aparıcı Maksim Kurnikovun sözlərinə görə, radio Moskva vaxtı ilə saat 21:00-da efirdən çıxarılıb.

Bundan bir qədər əvvəl Baş Prokurorluq “Exo Moskvı” və “Dojd” telekanalının saytlarının bağlanacağı və bloklananacağı ilə bağlı xəbərdarlıq edib. Bundan sonra hər iki medianın saytlarına daxil olmaq mümkün olmayıb.

Baş Prokurorluq hər iki media orqanının Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə bağlı yalan məlumat yaydığını açıqlayb.

Venediktov radiostansiyanın efirinin bloklanmasına məhkəmədə etiraz edəcəyini bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir