“Rusiya bazalarının taleyini suriyalılar həll etməlidir” –ABŞ

Rusiyanın Suriya ərazisindəki hərbi bazalarının gələcək taleyini ərəb ölkəsinin xalqı özü həll etməlidir.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

“Bu bazaların vəziyyəti və hakimiyyətə gələn rejimin bazala nə edib-etməyəcəyi barədə heç bir məlumatımız yoxdur. Birləşmiş Ştatların bu bazalarla bağlı mövqeyinə gəlincə, bu qərarı son nəticədə ABŞ xalqı deyil, Suriya xalqı verməlidir”, – Miller vurğulayıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.