Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiya Belqorod vilayətindən əhalini köçürür

User 12 Avqust 2024 - 13:48 (Last updated: 21 May 2025 - 20:15)
belqorod

Avqustun 12-də Moskva Ukrayna ilə həmsərhəd vilayətlərdən daha çox adamın köçürülməsinə göstəriş verib.

Azpost.info-nun məlumatına görə, ölkənin cənub-qərbində yerləşən Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram-da yazıb ki, hakimiyyət avqustun 12-də Krasnoyaruq rayonunun sakinlərini “daha təhlükəsiz” yerlərə köçürüb. Səbəb Ukrayna qüvvələrinin ərazidəki fəaliyyətidir.

Bu evakuasiya Ukrayna hərbçilərinin Rusiya daxilində 30 kilometrədək irəlilədiyi bir vaxtda baş verir. 2022-ci ilin fevralında Ukraynaya qarşı hərbi təcavüz başlayandan bəri ilk dəfədir Rusiya ərazisinə bu miqyasda müdaxilə gerçəkləşir.

Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, havadan müdafiə sistemləri ötən gecə Ukraynanın qərbi Kursk vilayəti üzərinə buraxdığı 11 dronu tutub.

Ukrayna qüvvələrinin Sverdlikovo və Porozda inzibati binaları tutmasının əks olunduğu bildirilən görüntülər yayılıb. 5 minədək əhalisi olan Suca şəhərində isə intensiv döyüşlər gedir.

Moskvanın müdaxiləni dəf etmək üçün rezerv qüvvələrə, aviasiya, tanklar, artilleriya və dronlara əl atdığı bildirilir.

Bütün bu səylərə baxmayaraq, Rusiya avqustun 11-də etiraf edib ki, Ukrayna qüvvələri bəzi ərazilərdə onun ərazisində 30 km-dək irəliləyə biliblər.

Rusiya mediasının avqustun 10-da yazdığına görə, sərhəd ərazilərdə azı 76 min dinc sakin evakuasiya edilib, ertəsi gün daha çox adam çıxmalıdır.

Post navigation

Previous: Dünyanın ən yaxşı gənc futbolçuları bəlli olub
Next: Bakıdan Naxçıvana və əks istiqamətdə uçan sərnişinlərə

Oxşar xəbərlər

israil
  • Dünya

İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi

User 29 Oktyabr 2026 - 17:41
abs iran danisiq
  • Dünya

İran ABŞ -la müharibəni dayandırmaq təklifini rədd edir? – Qətərdən yeni plan

User 29 Oktyabr 2026 - 17:35
pasinyan hokm
  • Dünya

Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı

User 29 Oktyabr 2026 - 14:35

xƏBƏR

usaq gezmek
  • Maraqlı

Uşaqlar gündə neçə saat gəzməlidir? – Nevroloq yaşa görə normanı açıqladı

User 29 Oktyabr 2026 - 18:40
7–10 yaşlı uşaqlara gündə ən azı 2–3 saat, yeniyetmələrə isə ən azı 1,5 saat gəzintidə olmaq tövsiyə...
Read more about Uşaqlar gündə neçə saat gəzməlidir? – Nevroloq yaşa görə normanı açıqladı
İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi israil
  • Dünya

İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi

User 29 Oktyabr 2026 - 17:41
İran ABŞ -la müharibəni dayandırmaq təklifini rədd edir? – Qətərdən yeni plan abs iran danisiq
  • Dünya

İran ABŞ -la müharibəni dayandırmaq təklifini rədd edir? – Qətərdən yeni plan

User 29 Oktyabr 2026 - 17:35
Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
Prezident İlham Əliyev Türkiyəyə getməyəcək ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.