Rusiya BMT məhkəməsinin müharibəni dərhal dayandırmaq qərarına əməl etməyəcək

Moskva BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin Rusiyanın Ukraynada hərbi əməliyyatları dərhal dayandırmasına dair qərarını qəbul edə bilməz.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Yox, biz bu qərarı nəzərə ala bilmərik. Beynəlxalq məhkəmədə tərəflərin razılığı kimi bir şey var. Burada heç bir razılaşma ola bilməz. İndiki halda bu, diqqətə ala bilməyəcəyimiz bir şeydir”,- deyə Kremlin sözçüsü Rusiyanın BMT Beynəlxalq Ədalət Məhkəməsinin qərarını diqqətə alıb-almayacağı ilə bağlı suala cavabında deyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir