Rusiya Bolqarıstanın 14 diplomatını ölkədən qovur

Rusiya Bolqarıstanın səfirlik və konsulluq idarələrində çalışan 14 diplomatı ölkədən çıxarır.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu tədbir Bolqarıstan tərəfinin xarici nümayəndəliklərimizin 70 əməkdaşını “persona non-qrata” elan etmək barədə əsassız qərarına cavab idi”, – Rusiya XİN bildirib.

Nazirlik qeyd edib ki, bu addımların nəticələrinə görə məsuliyyət Bolqarıstanın Baş naziri Kiril Petkovun rəhbərlik etdiyi hökumətin üzərinə düşür.

Azpost.info

Əvvəlki məqalə

Hərbi qulluqçumuzu öz əsgər yoldaşı öldürüb –

Sonrakı məqalə

Laçında qaya parçası əsgərlərimizin üstünə düşüb –