Hərbi qulluqçumuzu öz əsgər yoldaşı öldürüb –Pünhan evin tək oğlu idi (FOTO)

Tovuzda vəfat edən əsgərin qətlə yetirildiyi məlum olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, avqustun 5-də Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlunun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Amil Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İş üzrə istintaq tədbirləri davam edir.

Bu gün Tovuzda hərbi hissədə qətlə yetirilən əsgər Pünhan Ağamirov Xaçmaz rayonunun Yergüc kəndində doğulub. Unikal-ın xəbərinə görə, Pünhan evin tək oğul övladı olub, onun iki bacısı var.

O, 2023-cü ilin yanvarında hərbi xidmətini başa vuracaqdı.

Əvvəlki məqalə

Zəngilanda “ASAN xidmət” fəaliyyətə başlayıb

Sonrakı məqalə

Rusiya Bolqarıstanın 14 diplomatını ölkədən qovur