“Rusiya Britaniya gəmisini batırsa belə, müharibə başlamayacaqdı”-Putin son qalmaqaldan danışdı

Rusiya Prezidenti Vladimir Putin bir müddət əvvəl Qara dənizdə Böyük Britaniyanın “Defender” minadaşıyan hərbi gəmisi ilə bağlı insidenti təxribat adlandırıb.

Vladimir Putin “Birbaşa xətt” verilişində bu təxribatda tək britaniyalıların deyil, amerikalıların da iştirak etdiyini bildirib.

“Rusiya gəmiləri Britaniyanın “Defender” minadaşıyan gəmisini batırsa belə, Üçüncü Dünya müharibəsi başlamayacaqdı. Bunu edənlər başa düşür ki, onlar bu vəziyyətdən qalib çıxmayacaqlar”, – deyə Rusiya Prezidenti vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənistana sərhəd delimitasiyası bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edirik” –

Sonrakı məqalə

FİDE reytinqində Şəhriyar Məmmədyarov irəliləyib –