FİDE reytinqində Şəhriyar Məmmədyarov irəliləyib –Teymur Rəcəbov mövqeyini qoruyub

FİDE şahmatçıların yeni reytinq cədvəlini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, iyul reytinqində ötən siyahı ilə müqayisədə cüzi dəyişikliklər olub.

100 ən yaxşı arasında Azərbaycanın 6 kişi şahmatçısı yer alıb. Millimizin liderlərindən Şəhriyar Məmmədyarov 2 pillə irəliləyərək 2782 xalla 6-cıdir. Ondan 19 xal geri qalan Teymur Rəcəbov 10-cu yerdə qalıb.

Şəhriyar kimi 2 pillə irəliləyən Qədir Hüseynov 72-ci sırada yer alıb – 2665 xal. 11 addım geriləyərək 84-cü yerə yuvarlanan Nicat Abbasov 2656 xala malikdir.

2 xal geri qalan Rauf Məmmədov 3 pillə irəliləyərək 87-cidir. Yığmamızdan ayrılmasına baxmayaraq, hələ də Azərbaycan təmsilçisi kimi göstərilən Arkadi Naydiç 2649 xalla 97-ci pillədə qalıb.

Cədvələ norveçli Maqnus Karlsen başçılıq edir – 2847 xal. Fabiano Karuana (ABŞ) 2806 xalla ikinci, Dinq Liren (Çin) 2799 xalla üçüncüdür.

Qadın şahmatçılar sırasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə 2460 xalla 25-cidir. O, 4 addımlıq sıçrayışa nail olub.

5 pilləlik irəliləyişə imza atan Gülnar Məmmədova (2385) 77-ci sıraya yüksəlib. Ondan 9 xal geri olan Xanım Balacayeva 91-ci sırada qalıb.

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) liderliyini qoruyub. Aleksandra Qoryaçkina (Rusiya, 2596) ikinci, Humpi Koneru (Hindistan, 2586) üçüncüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiya Britaniya gəmisini batırsa belə, müharibə başlamayacaqdı”-

Sonrakı məqalə

“Biz nə vaxta qədər Gürcüstandakı təyyarə qiymətlərinə həsəd aparacağıq?” –