Rusiya Cənubi Qafqaz regionunu tərk etməyə hazırlaşmır.
Bunu Kremlin sözçüsü Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya əleyhinə bəyanatına münasibət bildirərkən deyib.
“Moskva Paşinyanın bəyanatları ilə razılaşmır, Rusiya regionu tərk etməyə hazırlaşmır və tərk edə də bilməz. Rusiya Qarabağda təhlükəsizliyin zəmanətçisi rolunu oynamağa davam edəcək” – deyə Peskov vurğulayıb.
“Baş nazirin Rusiya sülhməramlılarının missiyasının uğursuzluğu ilə bağlı tezisləri ilə razılaşmaq mümkün deyil;
Rusiya bu regionun tamamilə ayrılmaz hissəsidir, ona görə də heç yerə gedə bilməz. Rusiya Ermənistanı tərk edə bilməz. Paşinyan Rusiyada Ermənistanın özündən daha çox erməni yaşadığını unutmamalıdır. Onların əksəriyyəti Rusiya Federasiyasının vətənpərvər vətəndaşlarıdır və ölkənin inkişafına layiqli töhfə verirlər”.