Rusiya “Dağlıq Qarabağ Respublikası” yazılmış rəsmi tender müqaviləsinin adını dəyişdirib

09 Sentyabr 2021 - 08:26

Rusiyanın satınalma sahəsi üzrə vahid informasiya sisteminin rəsmi saytında Azərbaycana qarşı təxribat aradan qaldırılıb.

Saytda Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin hərbi şəhərciyində xidmət üçün tenderin elan olunduğu ərazi Rusiya Federasiyası ərazisindən kənarda yerləşən ərazi kimi qeyd olunub.