Rusiya DİN Prezident Zelenskini axtarışa verib

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna prezidenti Vladimir Zelenskini axtarışa verib.

Bu barədə Rusiya DİN-nin məlumat bazasında məlumat yerləşdirilib.

“Vladimir Aleksandroviç Zelenski, 25 yanvar 1978-ci il. Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, -deyə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında qeyd olunub.

Onun hansı cinayətə görə axtarışda olduğu açıqlanmayıb.

Məlumat bazasında axtarışda olan şəxsin doğulduğu yer də göstərilib. Zelenskinin Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində doğulduğu qeyd olunub. (APA)

Əvvəlki məqalə

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirilib

Sonrakı məqalə

Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb