Rusiya dollar idxalını əngəlləyən sanksiyadan yan keçə bilib –"Reuters"

Müharibə başlayandan sonra Rusiyaya 2,3 milyard nağd dollar və avro daxil olub.

Azpost.info bildirir ki, bu barədə Reuters  gömrük məlumatlarına əsasən məlumat yayıb.

Məlumatda deyilir ki, ABŞ və Aİ 2022-ci ilin martında Rusiyaya kağız dollar və avro ixracına qadağa qoyub. Lakin Rusiya onları kiçik həcmdə də olsa idxal etməyə davam edir. Müəlliflər qeyd edirlər ki, bəzi ticarət əməliyyatları üçün nağd puldan istifadə etmək hələ də asandır.

Reuters-in gördüyü gömrük məlumatlarına görə, 2022-ci ilin mart ayından etibarən Rusiyaya təxminən 2,3 milyard ABŞ dolları və avro göndərilib. Əvvəllər heç yerdə görünməyən bu hesablamalar göstərir ki, Rusiya nağd pulun idxalını əngəlləyən sanksiyalardan yan keçə bilib.

Rusiyalılar üçün dollar və avro alış-veriş və səyahət üçün vacib olaraq qalır.

Kommersiya şirkətindən əldə edilən gömrük məlumatları göstərir ki, Rusiyaya nağd pul ticarətə məhdudiyyət qoymayan BƏƏ və Türkiyə kimi ölkələrdən daxil olur. ABŞ hökuməti dekabr ayında Rusiyanı sanksiyalardan yayınmağa kömək edən maliyyə qurumlarını cərimələrlə hədələmişdi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.