Rusiya “dost olmayan” ölkələrin jurnalistlərini Şərq İqtisadi Forumuna buraxmadı

Kreml gələn həftə Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumuna heç bir qərbli jurnalisti buraxmayıb.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov da təsdiqləyib.

“Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda olduğu kimi, qeyri-dost ölkələrin jurnalistləri bu dəfə də  akkreditasiyadan keçməyiblər”, – Peskov bildirib.

O, qərarın səbəbini açıqlamayıb.

Üç ay əvvəl Rusiyanın əsas beynəlxalq iqtisadi forumu olan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu tarixdə ilk dəfə dünya mediasının iştirakı olmadan keçirilib. Xarici jurnalistlərin “The Bell”ə verdiyi məlumata görə, əvvəlcə onlar akkreditasiya təsdiqini alıblar, lakin o, sonradan heç bir izahat verilmədən ləğv edilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.