Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy qızının ABŞ-a getməsinə, eləcə də özünün xaricdə təhsil almasına görə üzr istəyib.
Azpost.info bildirir ki, o, Bu barədə “Rossiya 1” kanalında yayımlanan “Həyat və tale” verilişində açıqlama verib.
“Qızım orada təhsil almayıb. Məktəbdən onları iki həftəlik təcrübə üçün aparıblar. O, ABŞ-da olub. Bu mənim dəhşətli günahımdır”, – deyə Tolstoy bildirib.
Dumanın sədr müavini daha sonra etiraf edib ki, uşağın ABŞ-a səfərinə görə qınananda özünü “qlobal günahkar” hiss edib: “Qızım Amerikaya gedib, buna görə məni bağışlayın. Mən özüm Fransada ikinci ali təhsil almışam. Buna görə üzr istəyirəm. Əgər bu cinayətdirsə, o zaman dəhşətli cinayətdir”, – deyə Tolstoy o davam edib.
Tolstoy həmçinin deyib ki, xaricdə yaşayan və ya oxuyan tanışları qürbətə gedəndən sonra Rusiyanı daha çox sevməyə başlayıblar. Paytaxt Vahid Rusiya rəhbəri: “Ən vətənpərvər insanlar orada yaşayanlardır” -deyə vitse spiker vurğulayıb.
Qeyd edək ki, 2022-ci ilin iyununda Tolstoy Rusiyada vahid dil məkanı yaratmağı və danışıqda ingilis dilindən istifadəni qadağan olunmasını təklif edib.
Azpost.info