“Rusiya Ermənistan və Azərbaycanla ardıcıl işləməyə davam edəcək”- KREML

“Rusiya Laçın dəhlizi ətrafında vəziyyətlə bağlı Ermənistan və Azərbaycanla ardıcıl işləməyə davam edəcək. Hazırda tərəflərlə vəziyyətin həllinin müxtəlif variantları ilə bağlı müzakirələr aparılır”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Rusiya tərəfi həm Bakı, həm də İrəvanla ardıcıl olaraq iş aparır. Biz bunu davam etdirəcəyik. Bu yaxınlarda Rusiya tərəfinin səyi nəticəsində təşkil edilmiş humanitar yardımın ilk partiyası gedib. İndi tərəflərlə müxtəlif variantlar müzakirə olunur və işlənir. Biz bu işi davam etdirəcəyik”, – Peskov deyib.

Azpost.info

Əvvəlki məqalə

“Tanqo” yaxşıdır, amma “Qopak”ı unutmasınlar…”

Sonrakı məqalə

5 sentyabr Azərbaycan və türk xalqları qardaşlığının ən böyük təzahürlərindən biridir