“Moskva Ermənistandan ölkənin NATO ilə birgə təlimlərdə iştirakı ilə bağlı açıqlama istəyib”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz erməni tərəfdaşlarımızdan onların NATO təlimlərində iştirakı ilə bağlı rəsmi açıqlamalar istədik. Əlbəttə, İrəvanın öz ərazisində KTMT manevrləri keçirməkdən imtina etməsi təəssüf doğurur və regional təhlükəsizliyin artırılmasına töhfə vermir”, – Zaxarova bildirib.
Ermənistan daha əvvəl 2023-cü ildə ABŞ-ın rəhbərlik etdiyi iki təlimdə iştirak etmək planlarını açıqlamışdı.
Azpost.info