“Rusiya Fələstin və İsraillə bərabər məsafə saxlayacaq”- KREML

“Rusiyanın İsrail və Fələstin münaqişəsinin həllində iştirak etmək hüququna malik olması üçün ona balanslı yanaşması vacibdir”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O qeyd edib ki, Rusiya tərəfi hər iki ölkə ilə əlaqə saxlamaqda davam edir.

“Biz bərabər məsafə saxlamalıyıq. Yalnız bu bizə gələcəkdə nizamlanma prosesində iştirak etmək hüququ verəcək. Rusiya nizamlanma prosesində rol oynaya bilər və oynayacaq”, – Peskov bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.