Rusiya gəmilərinin Estoniya limanlarına daxil olması qadağan edilib

Estoniya hökuməti Rusiya gəmilərinin bu ölkənin limanlarına daxil olmasını qadağan edib.

Estoniyanın iqtisadiyyat və kommunikasiyalar naziri Taavi Aas deyib.

Qərar bu gündən, aprelin 17-dən qüvvəyə minib.

“Kremlin aqressiyasına son qoymasına dair heç bir əlamət yoxdur. Ona görə Avropa tədricən müharibənin Rusiyaya baha başa gəlməsi üçün strateji yollar axtarır”, – o söyləyib.

Qeyd edək ki, bundan əvvəl bir neçə ölkə, o cümlədən Belçika, Ruminiya, Bolqarıstan və İtaliya Rusiya gəmilərinin öz limanlarına daxil olmasına qadağa qoyub.

“Report”

Əvvəlki məqalə

Elektrikli avtomobillərin bazar payı 10 ildə 41 dəfə artıb

Sonrakı məqalə

Xarkovun mərkəzi raketlərlə atəşə tutulub, ölənlər var –