“Rusiya gəmisinə hücum cavabsız qalmayacaq” –Rusiya XİN

“Avqustun 4-dən 5-nə keçən gecə PUA-dan istifadə edərək Kerç boğazı yaxınlığında Rusiya mülki gəmisinə hücum edilib. İlkin məlumatlara görə, zərbə nəticəsində dəniz tankeri müstəqil hərəkət etmək qabiliyyətini itirib. Xoşbəxtlikdən tankerin ekipajı xəsarət almayıb. Hazırda xilasetmə əməliyyatı aparılır”.

Azpost.info bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatında deyilir.

“Terror aktına görə məsuliyyəti faktiki olaraq SBU sədri V.Malyukun simasında öz üzərinə götürüb. Biz təkcə ekipaj üzvlərinin ölümü ilə deyil, həm də genişmiqyaslı ekoloji fəlakət təhlükəsi daşıyan mülki gəmiyə qarşı terror hücumunu qətiyyətlə pisləyirik”.

Onun sözlərinə görə, Qərb dövlətləri və Kiyev Qara dənizdə fəal şəkildə yeni terror üsullarından istifadə edir: “Bu cür hərəkətlər cavabsız qalmayacaq. Onların müəllifləri və günahkarları mütləq cəzalandırılacaqlar”, – Mariya Zaxarova bəyanatında bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.