“Rusiya hərbi bazasının Ermənistandan çıxarılması müzakirə olunmur” –PAŞİNYAN

“Rusiya hərbi bazasının Ermənistandan çıxarılması müzakirə olunmur”.

Bu barədə Ermənistanın Baş nazir Nikol Paşinyan “The Wall Street Journal”a müsahibəsində bildirib.

Baş nazir bildirib ki, Rusiya və KTMT ilə digər məsələlər müzakirə olunur və İrəvan mövcud vəziyyətin nədən qaynaqlandığını bilmək istəyir.

“Üzv ölkələr 2021-2022-ci illərdə Bakının hərəkətlərinə reaksiya vermədilər. Baxmayaraq ki, KTMT-nin nizamnaməsi uyğun olaraq blokun üzvü və müttəfiqinin ərazisinə hücum zamanı reaksiya verilməlidir. Amma bu baş vermədi və bu, hökumətdə və cəmiyyətdə suallar doğurdu”, – deyə o bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.