“Rusiya Ukraynada taktiki nüvə və ya kimyəvi silahdan istifadə etməyi planlaşdırmır”.
Azpost.info xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Beynəlxalq Təhlükəsizlik üzrə Moskva Konfransında deyib.
“KİV xüsusi hərbi əməliyyat zamanı Rusiyanın taktiki nüvə silahından və ya kimyəvi silahdan istifadə etməyə hazır olması ilə bağlı ehtimallar yayır. Bütün bu məlumatlar tamamilə yalandır”, – nazir bildirib.
Şoyqunun sözlərinə görə, hərbi baxımdan Ukraynada nüvə silahının tətbiqi zəruri deyil.
O xatırladıb ki, Rusiya qanunları nüvə silahından yalnız təhdidlərin qarşısını almaq üçün istifadə etməyə icazə verir: “Rusiyanın nüvə silahlarının əsas məqsədi nüvə hücumunun qarşısını almaqdır. Bu cür silahlardan istifadə Rusiyanın ictimaiyyət üçün açıq olan rəhbər sənədlərində müəyyən edilmiş fövqəladə hallarla məhdudlaşır”.
Azpost.info