Rusiya Hava Kosmik Qüvvələrinin komandan müavini Bakıya gəlib

Rusiya Federasiyası Müdafiə Nazirliyinin Silahlandırma rəisi – Hava Kosmik Qüvvələri Baş Komandanının silahlandırma üzrə müavini general-polkovnik Yuriy Qrexovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Hərbi Hava Qüvvələrində olan nümayəndə heyəti burada müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ilə görüşüb.

Görüşdə Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti Milli Müdafiə Universitetinin komandanlığı və bir qrup dinləyicilərin iştirakı ilə keçirilən seminarda iştirak edib.
Seminarda hərbi-təhsil və elm sahəsində tətbiq edilən yeniliklər barədə fikir mübadiləsi aparılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.