“Rusiya heç kimin onu təhdid etməsinə imkan verməyəcək”- PUTİN

Rusiya heç kimin onu hədələməsinə imkan verməyəcək.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Qələbənin 79-cu ildönümü şərəfinə keçirilən parad iştirakçılarına müraciətində deyib.

“Heç kimin bizi təhdid etməsinə imkan verməyəcəyik, dövlətin strateji qüvvələri hər zaman döyüş hazırlığındadır”, – Putin bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri dünya münaqişələrini və millətlərarası düşmənçiliyi qızışdırmağa, eləcə də suveren inkişaf mərkəzlərini cilovlamağa çalışır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.