Rusiya Hindistanın ən böyük 5 ticarət tərəfdaşından biridir- RƏQƏMLƏR

Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi 39,8 milyard dollara çatıb.

Azpost.info xəbər verir ki, bu, Rusiyaya Hindistanın ən böyük ticarət tərəfdaşları arasında ilk beşliyə daxil olmağa imkan verən rekord göstəricidir.

Hindistan Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, son 10 ayda Hindistandan Rusiyaya 2,5 milyard dollar dəyərində mal idxal edilib. Rusiyadan Hindistana idxalda isə bu göstərici 37,3 milyard dollar olub.

İki ölkə arasında ticarət dövriyyəsinin həcmi ilə bağlı ən yaxşı göstərici 1997-1998-ci maliyyə ilində qeydə alınıb. O vaxt Rusiya Hindistanın ən böyük ticarət tərəfdaşları arasında 16-cı yeri tutmuşdu.

Hindistanın son 10 ayda digər ən böyük ticarət tərəfdaşları ABŞ (108,4 milyard dollar), Çin (95,9 milyard dollar), BƏƏ (70,2 milyard dollar) və Səudiyyə Ərəbistanıdır (44,3 milyard dollar).

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.