“Rusiya ilə siyasi dialoq aktivləşdirilməlidir”

- Gürcüstan prezidenti
14 Yanvar 2020 - 15:05

“Cenevrə formatı yenidən canlandırılmalı və aktivləşdirilməlidir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili jurnalistlərə açıqlamasında bildirib.

Dövlət başçısının sözlərinə görə, effektiv diplomatik addımlar atılmalıdır: “Dəfələrlə demişəm ki, Cenevrə formatı yenilənməli və aktivləşdirməlidir”.

Qeyd edək ki, Gürcüstan və Rusiya arasında Cenevrə danışıqları 2012-ci ildən etibarən aparılır. Bu danışıqlar iki ölkə arasında yeganə siyasi dialoq formatıdır.