“Rusiya ilə siyasi dialoq aktivləşdirilməlidir”- Gürcüstan prezidenti

“Cenevrə formatı yenidən canlandırılmalı və aktivləşdirilməlidir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili jurnalistlərə açıqlamasında bildirib.

Dövlət başçısının sözlərinə görə, effektiv diplomatik addımlar atılmalıdır: “Dəfələrlə demişəm ki, Cenevrə formatı yenilənməli və aktivləşdirməlidir”.

Qeyd edək ki, Gürcüstan və Rusiya arasında Cenevrə danışıqları 2012-ci ildən etibarən aparılır. Bu danışıqlar iki ölkə arasında yeganə siyasi dialoq formatıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İş, təqaüd və sosial yardım düzəltmək adı ilə dələduzluq etdi

Sonrakı məqalə

Milli Məclisin deputatlarına pul mükafatı verilib