“Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlar üçün şərait yaradılmalıdır”- Çin XİN

Beynəlxalq ictimaiyyət Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların bərpası üçün şərait yaratmalıdır.

Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsyan bildirib.

O, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ukrayna böhranının həllinin təkcə Moskva və Vaşinqtonun işi olmadığı barədə sözlərini belə şərh edib.

“Biz həmişə hesab etmişik ki, dialoq və danışıqlar böhranı həll etməyin yeganə mümkün yoludur. Beynəlxalq ictimaiyyət münaqişənin iki tərəfi arasında birbaşa danışıqların bərpası üçün şərait yaratmalıdır”, – XİN rəsmisi deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.