“Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir”- PUTİN

“Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və inkişaf etməkdə davam edir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə deyib.

Rusiya lideri iki ölkə arasında ticarət dövriyyəsinin artdığını, o cümlədən Azərbaycan iqtisadiyyatına Rusiya investisiyalarının həcminin artdığını qeyd edib.

İlham Əliyev də öz növbəsində Bakı ilə Moskva arasında əlaqələrin inkişafını yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan Rusiya ilə münasibətlərin inkişafından məmnundur, həmçinin bu görüşün münsabitlərə yeni təkan verəcəyinə əmindir.

“Mən bir daha bugünkü görüşə görə minnətdarlığımı bildirirəm və əminəm ki, bu, əlaqələrimizin inkişafına yeni təkan verəcək”, – Azərbaycan prezidenti bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.