“Rusiya ilə hərbi proqramlarından imtina edin!” –Pentaqondan Hindistana tələb

Amerika Birləşmiş Ştatları Hindistan və digər ölkələrdən Rusiya ilə birgə müdafiə fəaliyyətlərindən imtina etməyi tələb edib.

Azpost.info xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi “Times of India” qəzetinə bildirib. “Biz Hindistana, eləcə də digər ölkələrə açıq şəkildə bildirdik ki, onların müdafiə ehtiyacları üçün Rusiyaya güvənməsini istəmirik”, – Kirbi deyib.

Kirbi qeyd edib ki, ABŞ Hindistanla hərbi sahədə əməkdaşlığı yüksək qiymətləndirir. “Bir həftə əvvəl sübut olunduğu kimi, biz onun inkişafını daha da təkmilləşdirməyin yollarını axtarırıq. Bu, davam edəcək, çünki vacibdir”.

Hindistan Rusiyanın ən böyük müdafiə tərəfdaşıdır. Rusiyanın Hindistandakı səfiri Denis Alipovun sözlərinə görə, Hindistanın müdafiə sifarişlərinin ümumi portfeli 14 milyard dolları ötür. Bu, Rusiyanın xaricə silah satışının təxminən dörddə biridir.

Azpost.info

Əvvəlki məqalə

“Mariupolda şiddətli döyüşlər davam edir” –

Sonrakı məqalə

Çexiya BMT-də Rusiyanın boş qalmış yerini tutmaq istəyir