“Mariupolda şiddətli döyüşlər davam edir” –Britaniya kəşfiyyatı

Rusiya qüvvələri artan aktivliyinə baxmayaraq, son 24 saat ərzində heç bir önəmli nailiyyət əldə edə bilməyib.

Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Ukraynanın əks-hücumları Rusiya qüvvələrinin səylərinin qarşısını almağa davam edir. Əlavə olunub ki, Rusiyanın nə hərbi dəniz, nə də hərbi hava qüvvələri öz sahələrində nəzarəti ələ keçirə bilməyib və buna səbəb Ukraynanın hava və dəniz qüvvələrinin effektivliyidir.

Məlumatda o da qeyd olunub ki, Mariupolun ələ keçirilməsinin bəyan edilməsinə baxmayaraq, şəhərdə ağır döyüşlər davam edir və bu, Rusiyanın şəhəri ələ keçirmək səylərinin qarşısını alır, eyni zamanda onların Donbas regionunda arzu etdikləri irəliləyişi daha da yavaşladır.

Əvvəlki məqalə

Borca görə axtarışda olan 38 nəfər saxlanılıb –

Sonrakı məqalə

“Rusiya ilə hərbi proqramlarından imtina edin!” –