“Rusiya ilə sülh sazişində hər şey razılaşdırılıb, bircə məsələ qalıb” –ABŞ dövlət katibi

Ukrayna ilə bağlı sülh sazişində yeganə qalan məsələ ərazi məsələsidir. Qalan hər şey razılaşdırılıb.

AzPost-un məlumatına görə, bu sözləri ABŞ dövlət katibi Marko Rubio bildirib.

Dövlət katibi həmçinin deyib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı artıq razılaşma əldə edilib. Rubio bunu Senatın Xarici Əlaqələr Komitəsinin CBS News kanalında yayımlanan dinləmələri zamanı açıqlayıb.

Rubio bildirib ki, Britaniya və Fransa qoşunlarının Ukraynaya göndərilməsi ehtimalı, eləcə də ABŞ-ın dəstəyi Kiyev üçün potensial təhlükəsizlik zəmanətləri kontekstində müzakirə olunur.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.