Rusiya ilə ABŞ arasında növbəti görüş İstanbulda keçiriləcək

Rusiya ilə ABŞ arasında növbəti görüş İstanbulda keçiriləcək.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya ABŞ-la İstanbulda keçiriləcək görüşdə xarici işlər nazirliyi xətti ilə təmsil olunacaq.

“Bizim tərəfimizdən bu, Xarici İşlər Nazirliyi xətti ilə olacaq. Buna uyğun olaraq, Xarici İşlər Nazirliyindəki həmkarlarımızdan məlumat gözləyin”, – Peskov vurğulayıb..

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Moskva və Vaşinqtonun ikitərəfli münasibətlərdə qıcıq doğuran amilləri aradan qaldırmaq və təmasları normallaşdırmaq üçün yeni görüş hazırladığını bildirib. Onun sözlərinə görə, artıq İstanbulda bir görüş olub, indi ikinci görüş hazırlanır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.