Rusiya ilə diplomatik münasibətlərin bərpası mümkün deyil-Gürcüstan XİN

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin iki ölkə arasında diplomatik münasibətlərin bərpası ilə bağlı bəyanatına cavab verib.

Nazir işğal başa çatmadıqca Rusiya ilə diplomatik münasibətlərin bərpasının mümkün olmayacağını vurğulayıb.

“Məsələ sadədir: Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş iki regionu var və təbii ki, işğal şəraitində diplomatik münasibətlərin bərpasından danışmaq mümkün deyil”, – Boçorişvili deyib.

Qeyd edək ki, Mixail Qaluzin rəsmi Moskvanın Tbilisi ilə diplomatik münasibətləri bərpa etməyə hazır olduğunu və burada Rusiya tərəfi üçün heç bir məhdudiyyət olmadığını bildirib.

Xatırladaq ki, iki ölkə arasında diplomatik münasibətlər 2008-ci il Avqust müharibəsindən sonra kəsilib. Tərəflər arasında təmaslar yalnız Cenevrə Beynəlxalq Müzakirələri formatında aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.