“Rusiya iqtisadiyyatı çökmək üzrədir” –Avropa İttifaqının Komissarı

“Rusiya iqtisadiyyatı çökmək üzrədir. 1998-ci il defoltunun təkrarlanması baş verə bilər”.

Azpost.info bildirir ki, bu barədə Avropa İttifaqının sanksiyalar üzrə Komissarı Devid O’Sullivan deyib.

O, Rusiya banklarının sənayeçilərin müharibə səylərini maliyyələşdirmək üçün götürdükləri ağır kreditləri saxladığını və hazırda onlara xidmət edə bilmədiklərini qiymətləndirib.

“Dörd illik sanksiyalar əhəmiyyətli dərəcədə təsir göstərib. Rusiya iqtisadiyyatı fəlakətli vəziyyətdədir. Bütün iqtisadi göstəricilər qırmızı rəngdə yanıb-sönür. Ölkə tənəzzülə doğru sürüşür, dövlət maliyyəsi, inflyasiya və çox yüksək faiz dərəcələri ilə bağlı ciddi problemlər yaşayır.”-deyə O’Sullivan Redaktionsnetzwerk Deutschland qrupuna verdiyi müsahibədə deyib.

İrlandiyalı diplomat Rusiyanın iflasını sözdə “Heminquey anı” səbəbindən proqnozlaşdırıb. İddialara görə, iflasın necə baş verdiyi soruşulduqda, məşhur amerikalı yazıçı “əvvəlcə çox yavaş, sonra isə çox tez” cavabını verib.

“Rusiya 1998-ci il böhranına bənzər maliyyə çöküşü ərəfəsindədir. Əlbəttə ki, müharibəni nəyin bahasına olursa olsun davam etdirə bilrlər. Amma gec-tez vəziyyət dözülməz hala gələcək”, – deyə Avropa Komissarı vurğulayıb.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.