Rusiya İranı PUA-larla silahlandırmağa başlayıb –The Financial Times

İran və Rusiyanın yüksək vəzifəli rəsmiləri münaqişə başladıqdan bir neçə gün sonra dron satışlarını müzakirə etməyə başlayıblar.

Azpost.info-nun məlumatına görə, bu barədə iki mötəbər mənbəyə istinadən The Financial Times nəşri məlumat yayıb.

Təhlükəsizlik xidmətinin rəsmiləri hesab edir ki, Rusiya İrana Tehranın hazırladığı Şahed dronlarına əsaslanan Geran-2 və Şahed-136 kamikaze dronları verir.

“Ruslar Şahed PUA-sını əhəmiyyətli dərəcədə təkmilləşdiriblər, o cümlədən onun mühərriklərini, naviqasiya sistemlərini və maneə əleyhinə sistemlərini dəyişdiriblər. Bu sistemlər İranın daxili istehsal etdiyi sistemlərdən daha üstündür”, – deyə Rusiya-İran münasibətlərini araşdıran Sciences Po professoru Nikol Qrajevski bildirib.

The Telegraph qəzetinin məlumatına görə, sursat tədarükü Rusiyanın İrana Yaxın Şərqdə ABŞ qüvvələrinə hücumlar başlatmaq üçün vacib peyk və kəşfiyyat məlumatları verdiyi aşkar edildikdən üç həftə sonra başlayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.