Vaşinqton Rusiyanın çərşənbə axşamı gecə Kiyevə raket hücumundan sonra ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sisteminin nə qədər ziyan vura biləcəyini qiymətləndirir.
Azpost.info xəbər verir ki, adını açıqlamayan ABŞ administrasiyasının rəsmisi CNN-ə bildirib ki, “Patriot” sistemi çox güman ki, zədələnib, lakin məhv edilməyib.
CNN qeyd edir ki, Ukraynada hazırda iki “Patriot” sistemi var – biri ABŞ-dan, digəri Almaniya və Nidrland tərəfindən təhvil verilib. Bu sistemlərdən hansının zədələndiyi bəlli deyil.
Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sisteminin məhv edildiyini açıqlayıb. Ukrayna Silahlı Qüvvələri isə Rusiya tərəfindən buraxılan bütün pilotsuz uçan aparatların və raketlərin, o cümlədən altı “Kinjal”ın məhv edildiyini bildirib, lakin “Patriot” sisteminin məhvinə dair məlumatı şərh etməkdən imtina edib.
“New York Times” amerikalı rəsmilərə istinadən yazıb ki, raket hücumunun vurduğu ziyana baxmayaraq, “Patriot” kompleksi döyüşqabiliyyətini tam olaraq saxlayır.
Azpost.info